14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |    

Əməkdar artist: "Barmağımdan nişan üzüyümü, qulağımdan sırğamı çıxartdılar"


Əməkdar artist Rəhilə Bəndəliyeva "Öz aramızda" verilişində qonaq olarkən illər əvvəlki televiziya mühiti ilə indiki dövrü müqayisə edib.

Magazinews.Az xəbər verir ki, sənətçi efir qaydalarının əvvəl daha sərt olduğunu bildirib.

O, qeyd edib ki, nişanlı olduğu dönəmdə efirə çıxarkən barmağındakı üzüyü və qulağındakı sırğanı çıxartdırıblar:

"Nişanlı olmuşam, barmağımdan üzüyümü, qulağımdan sırğamı çıxarıblar. Ceyran xanım dedi ki, 'nişanlısı deməyəcək ki, niyə üzüyü çıxartdın?'".

Bəndəliyeva bildirib ki, o illərdə efirdə görünüş və davranışla bağlı ciddi nəzarət var idi. "Bir dəfə oxuyan anda saxladılar ki, qulağındakı sırğanı çıxart", - deyə sənətçi xatırlayıb.


Onun sözlərinə görə, AzTV-də çalışan bir əməkdaş da həmin vaxt bu məsələyə münasibət bildirib: "AzTV-də işləyən bir oğlan var idi, sonra müharibə vaxtı hərbiyə getdi. Dedi ki, İlhamə xanım olsaydı, saxlayardınız, eləcə də çəkiliş davam etdi".

Əməkdar artist əlavə edib ki, indiki dövrdə televiziya məkanında daha çox sərbəstlik var və bu tip qadağalara ehtiyac yoxdu. Onun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Musa


Digər Xəbərlər