17:29 Obitus filminin Qala Gecəsi Park Cinemada  |     16:55 Özcan Deniz Park Cinemaya gəlir!  |     13:03 Azərbaycan Kuboku: "Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub  |     12:45 Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının vaxtı açıqlanıb  |     19:53 "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi  |     21:13 “Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə  |     14:12 CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)  |     22:05 “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib  |     20:11 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib  |     10:53 Misli Premyer Liqası: “Qarabağ” və “Neftçi” meydana çıxır  |     18:24 CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - Foto-Video  |     16:33 Bakıda möhtəşəm “Ailə və Toy Sərgisi 2026” keçiriləcək – Ziyarətçiləri böyük hədiyyələr, meqa endirimlər və möhtəşəm sürprizlər gözləyir!  |     11:01 "Qarabağ" - "Turan Tovuz" matçının təyinatları açıqlanıb  |     16:33 AzTV-nin bu aparıcıları evli imiş... - (Foto-Video)  |     11:01 “Qarabağ” 11 ildən sonra ardıcıl üç oyunda heç-heçə edib  |     10:25 "Neftçi" əsrin rekorduna imza atıb  |     21:33 "Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək  |     09:11 Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"ya qarşı  |     23:33 RED BULL WINGS CUP AZƏRBAYCAN ÇEMPİONU BƏLLİ OLDU: MAYAMİYƏ GEDƏN YOLUN QALİBİ MÜƏYYƏNLƏŞDİ! - Foto  |     19:33 "Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib  |    

Öz stadionu olan Xalq artisti Qurban Qurbanovdan inciməsindən DANIŞDI


Xalq artisti Ağadadaş Ağayev "Öz aramızda" verilişində çıxışı zamanı futbol sevgisindən və tanınmış məşqçi Qurban Qurbanovla bağlı xatirələrindən danışıb.

Magazinews.Az-ın məlumatına görə, sənətçi bildirib ki, futbol onun həyatında hər zaman xüsusi yer tutub:

"Uşaqlıqdan futbola bağlı olmuşam. Nərimanovda öz stadionum da var. Futbolçuların bir çoxunun toy məclisində oxumuşam".

Ağayev vurğulayıb ki, Qurban Qurbanovun toy məclisini də məhz o idarə edib:

"Qurban Qurbanovun toyunu mən etmişəm. Onun ailəsini çox yaxşı tanıyıram və çox istəyirəm. O, bu gün dünyada tanınan böyük məşqçilərdən biridir", - deyə Xalq artisti bildirib.

Müğənni həmçinin Qurbanovun vida oyununda səhnəyə çıxdığını xatırladıb:


"Vida oyununda onun konsertini verdim, yola saldım. Stadionda 30-35 min insan var idi. Bütün xeyir-duaları mən vermişəm".

Ağayev zarafatla bir müddət Qurbanovdan "küsdüyünü" də deyib:

"Zarafatla dedim ki, ondan küsmüşəm. O, bizim fəxrimizdir. Özü bir-iki dəfə zəng edib, amma adı siyahıda yazılmadığı üçün bilməyib götürməmişəm. Çempionlar Liqasında ilk 24-lüyə düşməklə tarix yazdılar".

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi "Qarabağ FK" bu mövsüm UEFA Çempionlar Liqasında ilk 24-lüyə düşməklə tarixi uğura imza atıb. Bu nailiyyət Azərbaycan futbolu üçün mühüm mərhələ kimi qiymətləndirilir.


Hüseyn


Digər Xəbərlər