10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |     14:14 “VARİS” filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     16:23 Azərbaycanda çəkilən film müzakirə yaratdı - VİDEO  |     15:10 “Qışqırıq 7” dünya premyerasından əvvəl “CineMastercard”da təqdim olunub - FOTO/VİDEO  |     17:15 “CineMastercard” kinoteatrında “Qəzəlxan” bədii filminin yubileyi keçirilib - FOTO  |     15:35 Red Bull Turn It Up ilk dəfə Azərbaycanda! - FOTOlar  |     11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |     11:55 "Park cinema"da ilk dəfə 2x qala gecəsi: “Səkkiz” - FOTOlar  |     17:35 Türk ailəvi film “Kardeş Takımı 3” - eksklüziv olaraq CineMastercard-da! - VİDEO  |     19:15 “Miss & Mister Azərbaycan 2025” Milli Gözəllik Müsabiqəsinin möhtəşəm Finalı baş tutacaq  |     12:45 “CineMastercard”da Yeni il festivalında “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı  |     22:10 “CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub - FOTO/VİDEO  |     13:50 “CineMastercard”da türk komediyası “Yan Yana” - VİDEO  |     09:00 Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək  |     13:15 “CineMastercard”da eksklüziv olaraq “Bi Umut” təsirli dramın nümayişi baş tutacaq  |     15:35 “Hozu Xan” filminin Qala Gecəsi keçirildi – FOTO  |     13:45 “CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” - VİDEO  |    

"Ona görə muğamdan SOYUDUM" - VİDEO


Müğənni Vüsal Hacıyev qatıldığı "Rəngarəng" verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Magazinews.Az xəbər verir ki, o, muğam ifası və bəzi xanəndələrin oxu tərzi barədə danışaraq maraqlı açıqlamalar verib.

Sənətçi bildirib ki, özü əsasən bəstəkar mahnılarına üstünlük verir və muğamı toy məclislərində ifa edir:

"Mən özüm, məsələn, Mi-Segah oxumuram. Oxuyaram, Sol-Segah da oxuyaram, amma daha çox toyda. Bəstəkar mahnıları daha çox oxuyuram".

Müğənni təhsil aldığı dövrə də toxunaraq, "Bülbül" adına musiqi məktəbini bitirdikdən sonra vokalla ciddi məşğul olduğunu bildirib. Onun sözlərinə görə, məhz bu dövrdə muğam ifası ilə bağlı bəzi məqamlar ona uyğun gəlməyib:

"Gördüm ki, sanki muğam oxuyanda daha çox qışqırmağa meyillidirlər. Mən böyük sənətkarlardan səsimin zil olmasını gizlədirdim. Rast oxuduğumu görəndə təəccüblənirdilər. Axı oxumaq qışqırmaqdan ibarət deyil", - deyə Hacıyev vurğulayıb.

Hacıyev əlavə edib ki, hər ifaçının özünəməxsus səs rəngi var. Onun açıqlamaları sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 


Musa


Digər Xəbərlər