21:33 Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib  |     12:11 "Neftçi" "Sabah"a qarşı  |     16:33 "Neftçi" – "Sabah" oyununun hakimləri açıqlandı  |     11:37 Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)  |     19:07 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb  |     09:15 Azərbaycan Litvaya qarşı  |     11:13 Ayxan Abbasov: "Əzmkar komandaya qarşı oynayacağıq"  |     12:10 Azərbaycan - Litva oyununa bu hakimlər idarə edəcəklər  |     22:02 UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib  |     10:05 Millətlər Liqası: Azərbaycan Lixtenşteynə qarşı  |     22:55 RED BULL WINGS CUP ilə Azərbaycandan Mayamiyə  |     19:50 Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik"  |     14:11 “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı  |     12:45 Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı  |     19:33 Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"  |     18:56 UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib  |     09:00 UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı  |     10:15 Hande Erçel CeyLo ilə - (Foto)  |     23:20 “Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov  |     22:11 Azərbaycan millisi Tacikistanı məğlub edib  |    

Məşhur türk müğənninin son halı görənləri ÜZDÜ - FOTOlar


Türkiyəli məşhur müğənni Zerrin Özer son görüntüsü ilə sevənlərini kədərləndirib.

Magazinews.Az xəbər verir ki, uzun müddətdir sağlamlıq problemləri ilə gündəmdə olan sənətçi bir müddət kameralardan uzaq həyat sürürdü. O, həmkarı Cansever üçün təşkil olunan mənəvi dəstək gecəsində yenidən ictimaiyyət qarşısına çıxıb.

Gecədə diqqət çəkən məqamlardan biri Zerrin Özerin səhnəyə çətinliklə gəlməsi və mahnılarını oturaraq ifa etməsi olub. Müğənninin hərəkət edərkən dəstəyə ehtiyac duyması izləyiciləri duyğulandırıb.

Sağlamlıq vəziyyəti ilə bağlı danışan sənətçi beyincikdə yerləşən iki damardan birinin 70%, digərinin isə 30% tıxandığını bildirib. Onun sözlərinə görə, bu problem tarazlığına ciddi təsir edir və təkbaşına yeriməsini çətinləşdirir.

Xatırladaq ki, Zerrin Özer 2023-cü ildə onurğa əməliyyatı keçirib. Daha sonra müxtəlif sağlamlıq problemləri və narahatlıq pozuntusu ilə mübarizə aparan ifaçı bir müddət Darülaceze nəzdində fəaliyyət göstərən fiziki terapiya və reabilitasiya mərkəzində müalicə alıb.

Onun son görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və pərəstişkarları tərəfindən narahatlıqla qarşılanıb.


Hüseyn






Digər Xəbərlər