Məşhur model üsyan etdi: “Ölməyimi istəyirlər” - FOTO

28-07-2020, 12:47
A+
A-

Bir neçə ay əvvəl xərçəng xəstəliyindən əziyyət çəkən oğlunu itirən məşhur model Ebru Şallının getdiyi istirahət məkanından foto paylaşması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Sondakika.com xəbər verir ki, 10 yaşlı oğlu Parsın ölümündən sonra evə qapanan model aylar sonra kiçik oğlu və həyat yoldaşı ilə istirahətə yollanıb.

Şəxsi gəmilərində istirahət edən Ebru Şallının “Instagram” hesabında paylaşdığı fotoya minlərlə sərt şərh gəlib.

Məşhur model isə o şərhlərə belə cavab verib:

“Onlara qalsa, ölməyimi istəyirlər. Amma mən insanların nə dediyinə fikir vermirəm. Ayaqda durmağa çalışıram”.


///Oxu.Az