15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |     14:14 “VARİS” filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     16:23 Azərbaycanda çəkilən film müzakirə yaratdı - VİDEO  |     15:10 “Qışqırıq 7” dünya premyerasından əvvəl “CineMastercard”da təqdim olunub - FOTO/VİDEO  |     17:15 “CineMastercard” kinoteatrında “Qəzəlxan” bədii filminin yubileyi keçirilib - FOTO  |     15:35 Red Bull Turn It Up ilk dəfə Azərbaycanda! - FOTOlar  |     11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |    

Pünhan Piriyev həmin qalmaqallı VİDEOsundan danışdı


Müğənni Pünhan Piriyev son günlər gündəm olan qalmaqallı görüntülərlə bağlı açıqlama verərək məsələyə aydınlıq gətirib.

MAGAZINEWS.AZ xəbər verir ki, sənətçi səhnədə tamaşaçılara sərt reaksiya göstərməsinə haqq qazandırıb. Onun sözlərinə görə, yayılan fikirlərin əksinə olaraq, heç vaxt Sumqayıt sakinlərinə hörmətsizlik etməyib:

"Deyirlər ki, sumqayıtlılara hörmətsizlik edirəm. Heç vaxt etmərəm, o düşüncədə insan deyiləm. Mən bu yerə tamaşaçıların sayəsində gəlmişəm, sevilmişəm. İlk növbədə Allahın, sonra öz zəhmətimin və məni sevən insanların sayəsində buradayam".

İfaçı bildirib ki, səhnədə müəyyən qaydalar qorunmalıdır və bu qaydaların pozulması belə reaksiyalara səbəb olur:


"Səhnə boş olmalıdır. Mən hər zaman paylaşım edirəm, hamı ilə şəkil çəkdirirəm. Amma səhnədə hörmətsizlik edənləri də paylaşın. Orada bilinmirdi ki, müğənni kimdir, mühafizəçi kimdir, tamaşaçı kimdir".

Piriyevin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər iki cəbhəyə bölünərək, bəziləri sənətçini haqlı sayıb, digərləri isə onun davranışını tənqid edib.


Hüseyn


Digər Xəbərlər