Kərim Abbasov: "Ölkə müflisləşməyə doğru gedir" - FOTO

4-08-2020, 12:46
A+
A-

Bildiyiniz kimi məlum pandemiya ilə bağlı dünya ölkələrində olduğu kimi ölkəmizdə də sərt karantin rejimi tətbiq olunmaqdadır.

Şou-biznes nümayəndələri də buna etiraz edənlərin arasındadır. Onların sırasına müğənni Kərim Abbasov da qoşulub. O, işsizlikdən, maddi sıxıntıdan giley-güzar edərək sərt fikrlər bildirib. Kərim sosial şəbəkə hesabındakı paylaşımının şərh bölümünə bunları qeyd edib.

Magazinews.Az sənətçinin açıqlamasını olduğu kimi təqdim edir:

"Ömür boyu Millət olarag, türk kimi, bir yumruq və ürəkli olmadıq. Ps ( ola da bilmərik) Görəsən kim türkün bir qarış torpağını 28 il yox, 28 gün də yox, 28 saat ala bilər? Həmin ölkənin ..... dağıdarlar. Türkiyənin özündə kim 6 altı ay karantin yarada bilər? Məncə bunu etməyə də bir .... lazımdır. Amma Azərbaycanda ürəyin nə istəyir et. Ona görə ki, millət olaraq əzab çəkməyə öyrəşmişik. Məhəmməd Fizüli 500 il dözdü, siz də dözün.  Əsas odur ki, dəniz açıldı. İyunun 20-dən avqustun 5-nə kimi otur evdə və vəziyyətimiz budur. Avqustun axırında deyərsiz ki, millət dənizə getdi, sosial məsafə gözlənilmədi deyə, virus yayıldı və sərt karantin 2 ay daha uzadıldı. Televiziya xəbərlərində də keçən ilin dəniz süjetlərindən gösterib milləti yenə salarsız içəri... Görəsən nə vaxt  düzələcəyik? Nəsimi ili girəndən heç düşərli olmadı. Hələki dərimizi mədəni formada soyurlar və ölkə müflisləşməyə doğru gedir. Bu işdə əməyi olanlara təşəkkür edirəm. Siz istəyinizə çatdınız".