14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |    

“Mən Almaniyada “Pəncərədən daş gəlir” mahnısını oxuyanda alman deyir ki, niyə erməni mahnısı İFA EDİRSƏN?"



Xalq artisti Siyavuş Kərimi müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Magazinews.Az xəbər verir ki, bəstəkar Azərbaycan musiqisinin xaricdə yetərincə təbliğ olunmamasından şikayətlənib. O bildirib ki, milli musiqi nümunələrinin başqa xalqlar tərəfindən mənimsənilməsi halları ilə tez-tez qarşılaşır.

Siyavuş Kərimi Almaniyada yaşadığı bir hadisəni də misal çəkib:

"Mən gedib Almaniyada "Pəncərədən daş gəlir" mahnısını oxuyanda alman deyir ki, niyə erməni mahnısı ifa edirsən? Çünki onlar bizdən əvvəl həmin musiqini öz adlarına təbliğ ediblər".

Xalq artisti qeyd edib ki, Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ciddi təbliğata ehtiyac var. Onun sözlərinə görə, bu məsələni dəfələrlə müxtəlif konfranslarda və rəsmi görüşlərdə gündəmə gətirib.

Bəstəkar həmçinin vurğulayıb ki, sənət adamlarının xaricdə tanıdılması və milli musiqinin qorunması istiqamətində daha geniş işlər görülməlidir.

Siyavuş Kəriminin açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox istifadəçi milli musiqimizin beynəlxalq arenada daha güclü şəkildə təbliğ olunmasının vacibliyini qeyd edib.


Musa


Digər Xəbərlər