14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |    

"Arvadına söz keçirə bilməyən hansı kişilikdən DANIŞIR?"



Aparıcı Şəbnəm Naibli ailə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Magazinews.Az xəbər verir ki, tele-aparıcı kişi və qadın münasibətlərindən danışarkən ailədə yaranan problemlərin əsas səbəblərindən birinin kişinin ailədəki mövqeyi ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, qarşılıqlı hörmət və məsuliyyət ailənin möhkəmliyində mühüm rol oynayır.

Şəbnəm qeyd edib ki, qadın həyat yoldaşına hörmət etmədikdə və onun fikirlərini nəzərə almadıqda ailədaxili münasibətlərdə problemlər yaranır. Aparıcı ailədə söz sahibinin və məsuliyyət daşıyan tərəfin olmasının vacibliyini vurğulayıb.

O, həmçinin ailə tərbiyəsinin əhəmiyyətindən danışaraq bildirib ki, qız övladları böyüdükləri mühitdən gördüklərini gələcək ailə həyatlarında da davam etdirirlər. Aparıcının fikrincə, valideynlər övladlarına ailə dəyərlərini düzgün aşılamalıdırlar.

Şəbnəm Naibli əlavə edib ki, ailədaxili narazılıqların hər zaman ayrılıqla nəticələnməməsi üçün tərəflər problemləri dialoq yolu ilə həll etməyə çalışmalıdırlar. Bununla yanaşı, zorakılıq, laqeydlik və ya ciddi problemlər olduğu hallarda ailənin öz övladına dəstək verməsinin vacib olduğunu vurğulayıb:

"Qız bəzən ən kiçik səbəblərdən inciyib ata evinə qayıdır. Bir qadın həyat yoldaşına hörmət etmirsə, onun sözünü nəzərə almırsa, burada sağlam ailə münasibətlərindən danışmaq çətindir. Məncə, problem ilk növbədə kişinin ailədəki mövqeyi ilə bağlıdır. Əgər kişi ailədə söz sahibi ola bilmirsə, hansı kişilikdən danışa bilər? Kişinin sözü keçərli olmalı, qadın isə ailədəki yerini bilməlidir. Ana qızına düzgün tərbiyə verməlidir. Qız ailəsində hansı dəyərləri görürsə, gələcəkdə öz ailəsində də onları davam etdirəcək. Qadının əsas ailəsi qurduğu yuvadır. Ancaq əgər həyat yoldaşı ailəsinə baxmırsa, zorakılıq edirsə və ya qaynana tərəfindən zülm görürsə, o zaman ana öz qızına sahib çıxmalıdır. Yox əgər ortada ciddi səbəb yoxdursa, sadəcə "xoşuma gəlmədi" deyib evi tərk etmək, sonra isə geri qayıtmaq düzgün deyil".

Aparıcının bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun açıqlamalarına fərqli münasibətlər bildirərək mövzu ətrafında müxtəlif rəylər səsləndiriblər.


Musa


Digər Xəbərlər