14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |    

"Atamla münasibətinizi öyrənəndə 8 yaşım var idi"


Türkiyə musiqi aləmində illərdir davam edən müəllif hüquqları mübahisəsi yenidən gündəmə gəlib.

Magazinews.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhum sənətçi Kayahanın qızı Beste Açar ilə tanınmış müğənni Nilüfer arasında yaşanan qarşıdurma yeni mərhələyə keçib.

Məlumata görə, Nilüfərin yeni musiqi layihəsi üzərində çalışdığını açıqlamasından sonra Beste Açar sosial şəbəkədə sərt paylaşım edərək diqqət çəkib. O, həm müəllif hüquqları məsələsinə toxunub, həm də illər öncəyə aid bəzi xatirələrini ictimaiyyətlə bölüşüb.

Beste Açar atasının yaradıcılığına aid, indiyədək yayımlanmayan əsərlərin qorunması və musiqi ictimaiyyətinə təqdim olunması üçün uzun müddətdir mübarizə apardığını bildirib. O, vaxtilə həmin mahnıların Nilüfər tərəfindən səsləndirilməsini istədiyini, lakin sonradan böyük məyusluq yaşadığını vurğulayıb.

Kayahanın qızı paylaşımında müəllif hüquqları ilə bağlı bəzi iradlar səsləndirərək məsələni hüquqi müstəviyə çıxarmaqda qərarlı olduğunu qeyd edib. O, yaxın günlərdə vəkili vasitəsilə rəsmi addımlar atacağını da açıqlayıb:

"Atamla aranızdakı münasibəti öyrənəndə 8 yaşım vardı, bu, bizim üçün ilk şok idi. Yalova Termal Otelindəki konsert gününü desəm, yəqin ki, xatırlayarsan. Biz anamla o günü heç vaxt unutmadıq. Atamın həyatına girən iki qadının birləşib onun öz doğma qızına müharibə elan etməsi tam bir rəzalətdir. Bəzi əsərlərin hüquqları qanunsuz yollarla dövriyyəyə buraxılıb. Vəkilim artıq sabah hansı addımları atacağımızı bilir. Susmaq insana ancaq itki gətirir, indi danışmaq zamanıdır. Bundan sonrasını artıq ikiniz düşünün".

Sosial şəbəkələrdə geniş müzakirə olunan açıqlamalar Türkiyə şou-biznesində yenidən diqqət mərkəzinə çevrilib. Tərəflər arasında uzun illərdir davam edən gərginliyin necə nəticələnəcəyi isə maraqla gözlənilir.


Musa


Digər Xəbərlər