"Aşk-ı Memnu"nun aktyorları illər sonra BİR ARADA - FOTOLAR

16-08-2020, 11:44
A+
A-

Bir zamanlar ən reytinqli seriallardan biri olan və hələ də böyük maraqla izlənən "Aşk-ı Memnu"nun aktyorları Nur Fettahoğlu, Hazal Kaya və İlkər Kızmaz illər sonra bir araya gəliblər.

BiG.AZ türk mediasına istinadən xəbər verir ki, aktrisa Nur Fettahoğlu bu görüntüləri öz "İnstagram" səhifəsinin hekayə bölümündə paylaşıb. Görüntülərdə onların əyləncəli anları öz əksini tapıb.

Qeyd edək ki, bu görüntülər olduqca maraqla qarşılanıb, Enis Arıkan və digər dostları da sosial mediada həmin gecədən paylaşım ediblər.