14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |    

Azərbaycanlı müğənnilərin toy qiymətləri "dodaq uçuqlatdı": 15 min manat.... - FOTOlar



Azərbaycan şou-biznes nümayəndələrinin toy məclislərində qazandıqları qonorarlar yenidən sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Magazinews.Az xəbər verir ki, son günlər yayılan məlumatlarda bəzi tanınmış sənətçilərin toy mərasimlərində qısa çıxışlar və ya bütöv məclisin aparılması üçün tələb etdikləri məbləğlər diqqət çəkib. 

Xüsusilə 10-15 min manat və daha yüksək qonorar tələb edən ifaçılar izləyicilər arasında maraq doğurub. Bir çox istifadəçi bu məbləğlərin yüksək olduğunu qeyd etsə də, digərləri məşhur sənətçilərin illərlə formalaşan nüfuzu, repertuarı və peşəkar komandalarının fəaliyyətini nəzərə alaraq bu qiymətləri normal hesab edib.

Məlumatlara görə, bəzi sənətçilər yalnız 30-45 dəqiqəlik proqram üçün minlərlə manat qonorar alır, digərləri isə bütün toy məclisini idarə etmək üçün 15 min manata qədər ödəniş tələb edir. Bu rəqəmlər sosial mediada müxtəlif reaksiyalara səbəb olub. 

Mövzu ilə bağlı şərhlərdə bir qrup istifadəçi toy bazarında qiymətlərin sürətlə artdığını vurğulayıb. Digərləri isə məşhur ifaçıların çıxışlarına olan tələbatın yüksək olmasının bu qonorarların formalaşmasına təsir etdiyini bildiriblər.


Musa






Digər Xəbərlər