14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |    

Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO



Xanəndə Aytən Məhərrəmova qəbul etdiyi dərmanlardan sonra səhhətinin qəfil pisləşdiyini açıqlayıb.

Magazinews.Az xəbər verir ki, sənətçinin sözlərinə görə, vəziyyəti ağırlaşdıqdan sonra təcili tibbi yardım çağırılsa da, əraziyə girişin çətin olması səbəbindən briqadanın hadisə yerinə vaxtında çatması mümkün olmayıb. Daha sonra qonşuların köməyi ilə şəxsi avtomobillə yola çıxaraq təcili yardım əməkdaşları ilə görüşüblər.

Aytən Məhərrəmova bildirib ki, həmin vaxt Şəkidən qonaq çağırdığı tanışlarından birinin tibb bacısı olması onun həyatını xilas edib. Xanəndənin sözlərinə görə, tibb bacısının üzərində şok əleyhinə ampula olub və dərhal müdaxilə edilib.

İfaçı qeyd edib ki, həmin ampula olmasaydı, xəstəxanaya və ya təcili yardım briqadasına çatmağın mümkün olub-olmayacağını bilmir. O, vəziyyətinin tamaşada ifa etdikdən sonra pisləşdiyini də əlavə edib.

Xanəndə yaşadığı hadisəni həyatında ikinci dəfə ölüm təhlükəsi ilə üz-üzə qalması kimi dəyərləndirib və ona yardım edən tibb bacısı Elnarəyə xüsusi təşəkkürünü bildirib.

"Təcili yardım çağırdıq, gələ bilmədi. Ora yol yox idi, çıxa bilməyəcəkdi. Qonşulardan birini tapdılar, mənim maşınımı sürdü. Təcili yardımla rastlaşıblar, məni o maşına mindirdilər. Bir az özümə gələ bildim.

Təsadüfən Şəkidən dostlarımı çağırmışdım ki, gəlsinlər. Onlardan biri də tibb bacısı idi. Yaxşı ki, üstündə şok əleyhinə dərman vardı. Bir ampula üstündə olub. O ampula olmasaydı, mən nə təcili yardıma çatardım...

"Tamaşalı"nı oxuyandan sonra pisləşmişdim. Allah heç kimə göstərməsin. Həmin tarix mənim ikinci dəfə həyata dönüşüm oldu. Bizdə olan tibb bacısı Elnarəyə salam göndərirəm. Göydə Allah, yerdə o mənim həyatımı xilas etdi. İnsanlara deyirəm ki, mənim kimi bilgisiz şəkildə B qrupu vitamini vurdurmasınlar. Mənim əvvəl aldığım sistemin tərkibində onun əvəzedicisi kimi vermişdilər mənə".

Aytən Məhərrəmova eyni zamanda insanlara xəbərdarlıq edərək, həkim məsləhəti olmadan müxtəlif vitamin və preparatlardan istifadə etməməyi tövsiyə edib. Onun sözlərinə görə, problem daha əvvəl qəbul etdiyi sistemin tərkibində verilən B qrupu vitamini əvəzedicisi ilə bağlı yaranıb.


Musa


Digər Xəbərlər