Canlı yayım edərkən qəzada öldü - Video

20-08-2020, 11:49
A+
A-

Rumıniyalı müğənni Tavi Pustiu instaqramda canlı yayım edərkən avtomobili qatarla toqquşub, nəticədə o, həlak olub.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə sənətçinin canlı yayım açaraq özünü çəkdiyi və yan oturacaqda həyat yoldaşının olduğu görünür. Son saniyələrdə isə müğənni başını sola çevirdikdən sonra qışqırmağa başlayır. Bundan sonra yayım kəsilir.

Qəza nəticəsində Tavinin hadisə yerində həlak olduğu, həyat yoldaşının isə xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin ağır olduğu bildirilib.