14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |    

Əməkdar artist: "3500 manat üçün hər gün toyda oxumağa səsimə heyfim gələr"


Əməkdar artist Zaur Əmiraslanov açıqlaması ilə diqqət çəkib. Sənətçi toy məclislərində aşağı qiymətə çıxış edən bəzi müğənniləri tənqid edərək bu yanaşmanın sənətə zərər verdiyini bildirib.

Magazinews.Az xəbər verir ki, o, qeyd edib ki, tanınmış ifaçılardan bəziləri böyük musiqi heyəti ilə birlikdə 3500 manata toy idarə edir və demək olar ki, hər gün səhnəyə çıxırlar.

Əmiraslanov vurğulayıb ki, istəsə özü də həmin qiymətə hər gün toy məclislərində iştirak edə bilər. Lakin bunun səsinə və sənətinə mənfi təsir göstərəcəyini düşündüyü üçün belə addım atmadığını deyib.

Əməkdar artist bəzi ifaçıların əsas məqsədinin sənətdən çox yüksək qazanc əldə etmək olduğunu da iddia edib. Onun sözlərinə görə, həmin müğənnilər səs və sənət keyfiyyətini qorumaq əvəzinə daha çox biznes qurmaq və maddi imkanlarını artırmağı hədəfləyirlər:

"Tanınmış müğənni böyük bir musiqi heyəti ilə 3500 manata toyu idarə edir. Hər gün toydadır. Mən də istəsəm, o qiymətə hər gün toyda olaram. Dəliyəm belə edəm? Ancaq səsimə heyfim gəlir. O müğənninin heyfi gələcək bir şeyi yoxdur. Bilir ki, nəyi var korlanası... Hansı sənəti, hansı səsi korlanacaq? Sadəcə, hədəf qoyub ki, ayda bu qədər qazansın, biznesi olsun, mülkləri olsun".

Zaur Əmiraslanovun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında onun mövqeyini dəstəkləyənlərlə yanaşı, fərqli fikirlər səsləndirənlər də az olmayıb.



Digər Xəbərlər