14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |    

İradə İbrahimova: "3 mərtəbəli evdə yaşayırıq, qocalanda balaca evə köçəcəyik"


Müğənni İradə İbrahimova şəxsi həyatı ilə bağlı səmimi açıqlaması ilə diqqət çəkib. Sənətçi həyat yoldaşı ilə birlikdə gələcəklə bağlı qurduğu planlardan danışıb.

Magazinews.Az-ın məlumatına görə, sənətçi bildirib ki, onlar tez-tez qocalıq illərini necə keçirəcəkləri barədə söhbət edir və birlikdə gözəl günlər yaşamağı arzulayırlar.

Müğənninin sözlərinə görə, gələcəkdə müxtəlif ölkələrə səyahət etməyi, turlara çıxmağı və adaları gəzməyi planlaşdırırlar. O qeyd edib ki, hazırda üçmərtəbəli evdə yaşasalar da, övladları böyüyüb öz həyatlarını qurduqdan sonra daha kiçik bir evə köçmək istəyirlər.

İradə İbrahimova əlavə edib ki, ən böyük arzularından biri dəniz kənarında yaşamaqdır. Sənətçi bildirib ki, həmin dövrdə həyat yoldaşı ilə birlikdə sakit həyat sürmək, balıq ovuna getmək və təbiətin qoynunda vaxt keçirmək istəyirlər.

Müğənninin gələcəklə bağlı bu səmimi etirafı izləyicilər tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.



Digər Xəbərlər