13:50 RED BULL GYM CLASH BAKIYA QAYIDIR: BURADA TƏKCƏ GÜC KİFAYƏT ETMƏYƏCƏK - FOTO  |     14:50 İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - VİDEO  |     22:02 Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı - FOTO  |     11:10 “CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir  |     23:20 RED BULL PƏHLƏVANA CƏMİ 4 GÜN QALDI!  |     13:35 “CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir  |     17:10 Festivalları fəth edən film indi yalnız Park Cinemada! - FOTO  |     22:15 Red Bull Pəhləvan: Qədim anlayışın müasir meydanı  |     15:30 “CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır  |     17:00 CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - Foto/Video  |     14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |    

Xalq artisti: "Xanımıma 50 min dollara qızıl almaq mənim üçün asandır"


Xalq artisti Emin Ağalarov şəxsi maliyyə seçimləri və həyat fəlsəfəsi ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Magazinews.Az-ın məlumatına görə, sənətçi bildirib ki, bahalı brend saatlara böyük məbləğlər xərcləməyi doğru hesab etmir. Onun sözlərinə görə, 50 min dollar dəyərində saata pul verməz, lakin eyni məbləğə həyat yoldaşı üçün zinət əşyası almaqdan çəkinməz.

Emin Ağalarov avtomobillərə böyük vəsait yatırmağın da düzgün seçim olmadığını deyib. O vurğulayıb ki, avtomobillər qısa müddətdə dəyər itirdiyi üçün belə xərclər sərfəli deyil.

Xalq artisti əlavə edib ki, alış-verişə pul xərcləməkdənsə, səyahətə üstünlük verir. Onun fikrincə, insan üçün ən qiymətli olan maddi əşyalar deyil, yaşadığı hisslər və topladığı xatirələrdir:

"Bahalı brendə məxsus saata heç vaxt 50 min dollar vermərəm. Amma həyat yoldaşıma 50 min dollara zinət əşyası almaq mənim üçün asandır. Maşınlara pul yatırmaq uğursuzluqdur. Onlar dəyərini çox tez itirirlər. Pulu alış-verişə xərcləməkdənsə, səyahətə xərcləmək daha yaxşıdır. Çünki əsas olan yaşanan hisslərdir".


Qeyd edək ki, Emin Ağalarov Alyona Qavrilova ilə ailəlidir. Cütlüyün bu nikahdan Afina adlı bir qız övladı var.



Digər Xəbərlər