09:15 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" matçı ilə start götürəcək  |     00:54 "Sabah" 4:0 uduzdu  |     21:01 Premyer Liqa: "Zirə" – "Qarabağ" matçının hakimləri açıqlanıb  |     09:55 "Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)  |     09:35 “Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq  |     08:50 Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb  |     16:33 Coy-Lens Mikels Georgi Adamiyanın göstəricisini təkrarlayıb  |     13:50 Azərbaycan futbolunda qol yağışı: Son 21 mövsümün rekordu təzələndi  |     11:50 Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yenilənib  |     23:10 “Qarabağ” çətin qələbə qazandı  |     20:10 Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib  |     10:10 "Qarabağ" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Sumqayıt"a qarşı  |     20:53 “Sabah” “Zirə”ni darmadağın etdi  |     14:25 "Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir  |     09:33 Premyer Liqada IV turun matçları keçiriləcək  |     08:43 Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu  |     22:33 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     09:15 Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir  |     16:45 "Kəpəz" cərimələnib  |     16:36 Kadi Borgesə ağır cəza  |    

Müğənni Leyla dağılan ailəsindən danışdı: "Düşünməzdim ki, başıma gələr"


Müğənni Leyla Rəhimova şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.

Magazinews.Az-ın məlumatına görə, sənətçi "Evdəkilərə salam" verilişində bildirib ki, həyat hər zaman insanların arzuladığı kimi olmur və bəzi hadisələr gözlənilmədən baş verir.

"Həyatdır, hər şey göründüyü kimi olmur. Hər şey istədiyimiz kimi alınmır. Heç vaxt düşünməzdim ki, belə bir vəziyyətlə qarşılaşaram. Ailənin dağılması, ayrılıq yaşamaq mənim də başıma gələr", - deyə o bildirib.

Leyla Rəhimova sənətin onun üçün müvəqqəti, ailənin isə əbədi dəyər daşıdığını vurğulasa da, həyatın fərqli sınaqlarla qarşısına çıxdığını qeyd edib.

Müğənni keçmiş həyat yoldaşına qarşı kin saxlamadığını da dilə gətirib. O, vaxtilə həyat yoldaşını sevdiyini bildirərək, "Allah onun da canını sağ etsin. Ortada övladlarımız var", - sözlərini işlədib.


Sənətçi rəsmi şəkildə boşandıqlarını açıqlayıb. Hazırda övladları ilə birlikdə anasının bağ evində yaşadığını və şəxsi evi olmadığını deyən Leyla Rəhimova, uşaqların ataları ilə istədikləri zaman əlaqə saxladıqlarını da əlavə edib.

Müğənninin bu açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanaraq müzakirələrə səbəb olub.



Digər Xəbərlər