13:50 RED BULL GYM CLASH BAKIYA QAYIDIR: BURADA TƏKCƏ GÜC KİFAYƏT ETMƏYƏCƏK - FOTO  |     14:50 İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - VİDEO  |     22:02 Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı - FOTO  |     11:10 “CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir  |     23:20 RED BULL PƏHLƏVANA CƏMİ 4 GÜN QALDI!  |     13:35 “CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir  |     17:10 Festivalları fəth edən film indi yalnız Park Cinemada! - FOTO  |     22:15 Red Bull Pəhləvan: Qədim anlayışın müasir meydanı  |     15:30 “CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır  |     17:00 CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - Foto/Video  |     14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |    

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)


Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb.

Magazinews.Az xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafında təmizlik və abadlıq işləri apararaq görülən işləri sosial şəbəkədə paylaşıblar.

Paylaşımda bildirilib ki, məqsəd kimisə ittiham etmək deyil, sənətkarın xatirəsinə hörmət əlaməti olaraq vəfa borcunu yerinə yetirməkdir.

"Bir zamanlar səsi ilə insanların qəlbinə toxunan sənətkarın məzarını bu vəziyyətdə görmək bizi çox kədərləndirdi. Heç kimi qınamaq üçün gəlməmişdik. Sadəcə, əlimizdən gəldiyi qədər məzarı təmizlədik, ətrafını abadlaşdırdıq və xatirəsinə ehtiramımızı ifadə etdik. İnsan dünyasını dəyişə bilər, amma onun xatirəsi yaşamalıdır. Ümid edirik ki, bu görüntülər hər kəsə yaxınlarını sağlığında daha çox qiymətləndirməyi, dünyasını dəyişənlərin isə məzarını ziyarət edib xatirələrini yaşatmağın vacibliyini xatırladar", - paylaşımda qeyd olunub.


Yayılan görüntülər qısa müddətdə çoxsaylı baxış toplayıb. İstifadəçilər mərhum sənətkarın xatirəsinə göstərilən ehtiramı təqdir edərək, bu cür təşəbbüslərin örnək olduğunu bildiriblər.



Digər Xəbərlər