09:15 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" matçı ilə start götürəcək  |     00:54 "Sabah" 4:0 uduzdu  |     21:01 Premyer Liqa: "Zirə" – "Qarabağ" matçının hakimləri açıqlanıb  |     09:55 "Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)  |     09:35 “Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq  |     08:50 Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb  |     16:33 Coy-Lens Mikels Georgi Adamiyanın göstəricisini təkrarlayıb  |     13:50 Azərbaycan futbolunda qol yağışı: Son 21 mövsümün rekordu təzələndi  |     11:50 Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yenilənib  |     23:10 “Qarabağ” çətin qələbə qazandı  |     20:10 Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib  |     10:10 "Qarabağ" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Sumqayıt"a qarşı  |     20:53 “Sabah” “Zirə”ni darmadağın etdi  |     14:25 "Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir  |     09:33 Premyer Liqada IV turun matçları keçiriləcək  |     08:43 Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu  |     22:33 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     09:15 Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir  |     16:45 "Kəpəz" cərimələnib  |     16:36 Kadi Borgesə ağır cəza  |    

Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - (Video)


Prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında etdiyi canlı yayım zamanı açıqlaması ilə diqqət çəkib.

Magazinews.Az xəbər verir ki, aparıcı müğənni Vəfa Şərifovanın keçmiş sevgilisi olduğu bildirilən biznesmen Familin sənətçidən 50 min manat borc aldığını iddia edib.

Tarix Əliyev canlı yayımda Vəfa Şərifovanın ona Famil barədə danışdığını bildirib. Onun sözlərinə görə, sənətçi biznesmenin ondan borc pul istədiyini və bu məbləği verdiyini deyib.

Aparıcı həmçinin Vəfa Şərifovanın "Ağ şəhər"də  3-4 evinin, eləcə də "Koroğlu" metrostansiyası yaxınlığında mənzillərinin olduğunu söyləyib.

Tolik Familin şəxsən ona müraciət etdiyini də iddia edib. Aparıcının sözlərinə görə, biznesmen müğəninin Rusiyaya gəlməsini, orada nikah bağlamağı və  Afət Fərmanqızını məhkəməyə verməyi təklif edib.

Açıqlamada səsləndirilən iddialar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, sözügedən fikirlər Tarix Əliyevin canlı yayım zamanı səsləndirdiyi iddialardır və qarşı tərəfin bununla bağlı mövqeyi məlum deyil.



Digər Xəbərlər