22:45 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb  |     20:45 Premyer Liqada VII tura "Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vurulub  |     18:35 “Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa  |     19:13 Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib  |     21:33 Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib  |     12:11 "Neftçi" "Sabah"a qarşı  |     16:33 "Neftçi" – "Sabah" oyununun hakimləri açıqlandı  |     11:37 Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)  |     19:07 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb  |     09:15 Azərbaycan Litvaya qarşı  |     11:13 Ayxan Abbasov: "Əzmkar komandaya qarşı oynayacağıq"  |     12:10 Azərbaycan - Litva oyununa bu hakimlər idarə edəcəklər  |     22:02 UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib  |     10:05 Millətlər Liqası: Azərbaycan Lixtenşteynə qarşı  |     22:55 RED BULL WINGS CUP ilə Azərbaycandan Mayamiyə  |     19:50 Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik"  |     14:11 “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı  |     12:45 Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı  |     19:33 Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"  |     18:56 UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib  |    

"Miss Braziliya"nın qalibi tacından oldu - (Foto)


"Miss Supranational Brazil" müsabiqəsinin qalibi və "Miss Supranational-2026" yarışmasının üçüncüsü Lara Marina gözlənilməz qərarla titulunu itirib.

Magazinews.Az xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı modelin sözlərinə görə, buna onun hamilə olduğunun üzə çıxması səbəb olub. Lara Marina hamiləliyindən müsabiqədə iştirak etdikdən sonra xəbər tutduğunu bildirib.

Müsabiqənin təşkilat komitəsi isə qərarın yalnız modelin hamiləliyi ilə bağlı olmadığını, onunla imzalanmış müqavilənin şərtlərinin və yarışın qaydalarının araşdırılmasından sonra qəbul edildiyini açıqlayıb.

Komitədən bildirilib ki, Lara Marinanın tituldan məhrum edilməsi müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədardır. Qərarın müsabiqənin qaydalarına və qüvvədə olan hüquqi normalara əsasən verildiyi vurğulanıb.

Məlumata görə, 2026-cı ildən etibarən yarışmada subay anaların və boşanmış modellərin iştirakına icazə verilir. Bununla yanaşı, evli qadınların müsabiqəyə qatılması qadağandır.

Lara Marinanın titulunun geri alınması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.







Digər Xəbərlər