Filipp Kirkorov ad gününü Bakıda keçirəcək

8-09-2020, 11:43
A+
A-

Rusiyanın Xalq artisti Filipp Kirkorov növbəti ad gününü Bakıda keçirməyi planlaşdırır.

Axşam.az xəbər verir ki, bu haqda "Жара Music Awards" mərasimində deyilib. Bildirilib ki, artıq "Жара-2021"in hazırlıqlarına başlanılıb.

Beşincisi keçiriləcək beynəlxalq musiqi festivalı çərçivəsində Kirkorovun 54 yaşı münasibətilə tədbir təşkil olunacaq. Ondan əvvəl isə Filipp aprelin 30-da - ad günü günü Bakıda solo konsert verəcək.

2022-ci ildə də müğənni 55 illik yubileyini paytaxtımızda qeyd etməyi planlaşdırıb.