“Yaprak dökümü”nün Ayşəsi illər sonra - Foto

10-09-2020, 11:20
A+
A-

“Yaprak dökümü” serialında evin kiçik qızı Ayşə obrazını canlandıran Şəbnəm Cecelinin illər sonrakı görüntüsü böyük maraqla qarşılanıb.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, eyni serialda Fikrət rolunda çəkilən aktrisa Bennu Yıldırımlar Şəbnəmlə fotosunu İnstaqram səhifəsində paylaşaraq yazıb:

“Uzun fasilədən sonra “Yaprak dökümü”ndə ən balaca bacım Ayşəni oynayan Şəbnəm Ceceli ilə görüşdük. O artıq hüquq fakültəsinin tələbəsidir. Qürur duydum. Yolu açıq olsun”.

Şəbnəm sözügedən serialdan sonra heç bir layihədə yer almayıb.