Bir il sonra boşana bildilər

18-09-2020, 11:28
A+
A-

Bir ildir ki, rəsmi olaraq ayrıla bilməyən məşhur aparıcı Seren Serengil və iş adamı Yaşar İpekin məhkəmə çəkişməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, ötən gün İstanbul Məhkəməsində reallaşan prosesdə hakim yekun qərarı açıqlayıb. Cütlük rəsmi olaraq münasibətlərinə son qoyub. Boşanma razılaşdırma yolu ilə həyata keçib və hər iki şəxs bir-birindən təzminat tələb etməyib.

Qeyd edək ki, S.Serengil ötən ilin avqust ayında Y.İpeklə boşanacağını açıqlamışdı.

Yaşar Seren hamilə ikən onu əsəbiləşdirərək təzyiqinin qalxmasında və körpəsini itirməsində günahkar bilinir. Qalmaqallı ayrılıq prosesində Serengil məhkəməyə müraciət etmiş, qarşı tərəf barədə psixoloji və fiziki şiddət göstərməsi səbəbindən 1 ay uzaqlaşdırma, 3 gün həbs qərarı verilmişdi.