Xuraman 100 min manat xərclədiyi BU EVİNİ SATIR - FOTOLAR

19-09-2020, 12:38
A+
A-

Tanınmış müğənni Xuraman Şuşalı evini satışa çıxarıb.

BiG.AZ xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib. O, pandemiya ilə əlaqədar maddi səbəblərdən dolayı evi satmaq məcburiyyətində qalıb:

“Evimi satışa çıxarmışam. İnşallah, satılsın nə edəcəyimizlə bağlı qərarımızı verəcəyik. Hələ ki, elan saytlarına yerləşdirməmişik. Ev Qaraçuxurda dağın üstündə yerləşir. 4 sotun içində tikilib. 100 min manat xərc qoymuşam, çox keyfiyyətli tikilib. Çıxarışı var, sonradan tikmək üçün də icazəsi var. Hal-hazırda orda torpağın sotu 20 mindən başlayır. Evin düz gölə mənzərəsi var”.