XƏZƏRİN DALĞA-SINA daha bir aparıcı qoşuldu: Rövşanə Ağasəfqızı DALĞA TV-DƏ veriliş aparacaq -VIDEO

30-12-2020, 09:50
A+
A-

Yeni mövsümdən yayım formatında dəyişikliyi hədəf götürən DALĞA TV daha bir məşhur simanı yaradıcı heyətinə qatıb.

MAGAZİNEWS.AZ-məlumatına görə, tanınmış tele-aparıcı Rövşanə Ağasəfqızı Dalğa Tv-də yeni veriliş ilə tamaşaçıların qarşısına çıxacaq.

Bu barədə aparıcı qonaq olduğu Dalğa Tv-də yayımlanan Tarix Əliyevin proqramında qonaq olakən deyib.

O, bu kanalın tanıdılmasında rolunun olacağını düşündüyünü deyib:

"Hesab edirəm ki, simalar kanalı tanıdır, sevdirir. Sənətimizlə kanalı sevdirəcəyik. Biz Xəzər Televiziyasının işçiləri sayılırıq.  Dalğa Tv Xəzərin bir qoludur. Mənə burada çalışmaq təklif olunanda məmnuniyyətlə qəbul etdim. Verilişimizdə şouya az yer ayrılacaq. Həftənin  bir günü Qarabağa həsr ediləcək. Mətbəxindən tutmuş,  musiqi-şeriyyatı, tarixinə kimi hər bir şeydən danışacağıq. Bir gün gündəm mövzusu işləyəcəyik. Hüquqşünaslar psixoloqlar tamaşaçılarla birbaşa ünsiyyətdə olacaq".

Xatırladaq ki, aparıcının bundan öncəki iş yeri ARB kanalı olub.

Kanaldan saytımıza verilən məlumata görə, yaxın zamanda XƏZƏRİN DALĞA-SINA qatılacaq daha bir tanınmış aparıcının adı açıqlanacaq.


TURAL HÜSEYN
MAGAZİNEWS.AZ