“HammAli & Navai” qrupu dağıldı

5-03-2021, 10:30
A+
A-

Əslən Azərbaycandan olan Aleksandr Əliyev və Nəvai Bəkirovun yaratdığı məşhur rep qrupu “HammAli & Navai” dağılıb.

Bu barədə qrup üzləri Rusiya KİV-nə açıqlamasında bildirib. Qeyd olunub ki, onlar bu qərarı yekdilliklə veriblər.

Musiqiçilərin sözlərinə görə, onlar layihə çərçivəsində istədikləri hər şeyə nail olublar və indi isə solo şəkildə davam etmək qərarına gəliblər.

“Bəli, doğrudur. Biz ayrılırıq. İndi hər kəsin öz yolu var. Biz düşmən deyilik, dost qalırıq və bir-birimizə dəstək olacağıq “,- deyə qrup üzvləri qeyd ediblər.

Sənətçilər sonuncu albomlarını buraxacaq və daha sonra konsert verəcəklər.

Xatırladaq ki, Əliyev və Bəkirovun dueti beş ildir mövcuddur. Cütlük 2018-ci ildə nəzərə çarpacaq qədər populyarlıq əldə edib və bütün dijital platformalarda lider olub. (Qafqazinfo)