Əhməd Ayandan sonra onu seçdi... - VIDEO

3-04-2021, 22:25
A+
A-

Müğənni Əhməd Mustafayev ilə Sevanın uzun zamandır hazırladığı “Yüzümə Bak”-ı təqdim olunub. 

MAGAZINEWSAZ xəbər verir ki, bu günə kimi xanım həmkarlarından yalnız Ayan Babakişiyeva ilə duet oxuyan Əhmədin bu dəfəki seçimi Sevinc Ağaşirinova (Seva) olub.

Qısa metrajlı filmi xatırladan ekran işinin rejissoru Ramal Nəsiblidir. 

Bəstənin musiqisi Çingiz Əliyev, sözləri Nicat Feyziyev və Çingiz Əliyevə məxsusdur.

Bildirək ki, klipdə ifaçıların obrazı müasir "Bonni və Klayd"ır.