Kurtlar Vadisinin "Güllü”-sü Bakıda - FOTOLAR

17-04-2021, 15:24
A+
A-

 
17 Aprel 2021-ci il tarixdə, saat 12:00-da “World Business Center”də Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi ilə (MTST) Türkiyənin Eslem Yapım Şirkəti arasında qardaş Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin yetişdirilməsi məqsədilə “Sənət Akademiyası”- nın Niyyət Protokolunun imzalanma mərasimi keçirilib. 

44 günlük Qarabağ Vətən Müharibəsindən sonra Azərbaycan Respublikası prezidenti Cənab İlham Əliyev və Türkiyə Respublikası prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın uğurlu çalışmalarının nəticəsi olaraq iki ölkə arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsi bir çox sahələrdə işgüzar təmasları və birgə fəaliyyəti sürətləndirdi. 

Bu kimi fəaliyyətlərin bir nümunəsi də 2021- ci il Mart ayının 1-də Ankarada Azərbaycan Respublikasnın Mədəniyyət naziri Anar Kərimov ilə qardaş Türkiyənin Mədəniyyət və Turizm naziri Nuri Ersoy arasında imzalanan Mədəniyyət üzrə birgə əməkdaşlıq protokoludur. 
 
“MTST” media nümayəndələrinə açıqlamasında bildiriblər:

“Biz də öz növbəmizdə iki qardaş dövlət arasında aparılan sürətli işgüzar əlaqələrdə həm vətəndaş olaraq, həm də İctimai Birlik olaraq öz töhfəmizi vermək istədik.  Belə ki, Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi olaraq təşəbbüs irəli sürdük. Azərbaycanda müxtəlif sənət sahələrində, o cümlədən  kino və serial sahəsində bu günə qədər müəyyən irəlləyişlərlə yanaşı, bəzi çatışmazlıqların da olduğunu düşünərək, Türkiyənin son illər sənətin bir çox sahəsində yüksək inkişaf yolu keçdiyini əsas götürüb birgə əməkdaşlıq haqqında layihə hazırlığına start verdik. 
 
Türkiyənin məşhur sənət adamlarının, eyni zamanda kinoaktyorlarının səhnə təcrübəsini Azərbaycanın kino sahəsinə maraqlı olan gəncləri ilə bölüşmək üçün qardaş ölkənin dünyaca məşhur serialı olan “Kurtlar Vadisi Pusu”nun baş rol aktyoru Erhan Ufak və ona aid olan Eslem yapım Şirkətinin heyətini 2021-ci il 16-
21 aprel tarii aralığında Bakıya işgüzar səfərə dəvət etdik.  

Hazırda “Sənət Akademiyası” adlı mədəniyyət layihəsinin həyata keçirilməsi üçün bütün gücümüzlə çalışırıq.  Bu gün təşkil edilən imza mərasimi layihəmizin təməli deməkdir”. 

Layihənin mahiyyətinə gəldikdə bildirək ki, “Sənət Akademiyası” adlı layihədə iştirak etmək üçün 18-65 yaş arasında olan istənilən Azərbaycan vətəndaşı müraciət edə bilər.  
Türkiyənin məşhur kino ulduzları və sənət adamları müxtəlif sahələr üzrə Azərbaycanda 3 aylıq təlim keçəcəklər. Təlimlər həftədə 2 dəfə 50 dəqiqə olmaqla, ayda 8 dəfə keçiriləcək. 3 aydan sonra isə təlimlərdə iştiraka görə hər bir tələbəyə sertifikat təqdim ediləcək.  
Ən yaxşı göstərici ilə məzun olan tələbələr sertifikatdan əlavə məşhur türk aktyorların Azərbaycanda çəkəcəyi qısa metrajlı filmlərdə birgə rol alacaqlar.  

Qeyd edək ki, imza mərasimindən sonra qonaqlar Şəhidlər Xiyabanı, Ulu Öndər Heydər Əliyevin məzarı və bir çox mədəni, tarixi məkanları ziyarət ediblər.

Qeydiyyat üçün əlaqə nömrələri və mail ünvanı aşağıdakılardır: 

Əlaqə tel: +994 50 320 55 98 
Email: medenisosialbirliki@gmail.com