Şəbnəm Tovuzlu: Baldı balama klip çəkdirdi - VIDEO

8-05-2021, 23:51
A+
A-

Müğənni Şəbnəm Tovuzlu “Baldı balam” adlı mahnısına çəkilən klipini  təqdim edib. 

MAGAZINEWS.AZ xəbər verir ki, müğənni yeni mahnısının seviləcəyinə inandığını deyib:

“Mahnını Tural mənə təqdim etdi, ilk dinlədiyim anda ürəyimə yatdı. Sonra bəstəni kliplə təqdim etmək qərarına gəldim. Düşündüm ki,sevənlərimə bayram qabağı sürpriz olsun. İnanıram ki, tamaşaçıların da ürəyincə olacaq”. 

Qeyd edək ki, sözləri və musiqisi Tural Sedalıya məxsus bəstəni İsmayıl Əlizadə aranjıman edib. Mahnıya rejissor Xəyal Murtuzov ekran həyatı verib.