10 minlik alimenti ödəməmək üçün məhkəməyə müraciət etdi

1-06-2021, 16:39
A+
A-

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz 8 il əvvəl boşandığı aktrisa Ahu Yağtuya oğluna görə ödədiyi 10 min dollar məbləğində alimenti azaltmaq üçün məhkəməyə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, keçirilən məhkəmənin ilk iclasına cütlüyün vəkilləri qatılıb. Cem Yılmaz vəkili vasitəsilə məhkəmədə vəsatət qaldırıb.
Yılmazın vəsatətində ödənilən alimentin Amerika dolları məzənnəsindəki artımla birlikdə yüksəldiyi və pulun 40 min lirə olaraq təyin olunmasını istədiyi ifadə edilib.

Hakim dəlil toplamaq və digər məsələlərin aydınlaşdırılması məqsədilə iclası təxirə salıb.

Qeyd edək ki, cütlük 20 ay davam edən evliliklərini 2013-cü ildə bitirib. Aktyor boşandığı zaman Yağtuya 500 min dollar təzminat ödəyib, həmçinin 3 daşınmaz əmlak, “Range Rover” markalı avtomobil verib.