Natavan 2 ildən sonra sükutu pozdu, trendə düşdü - VIDEO

1-06-2021, 17:27
A+
A-

Səhnəmizin seçilən ulduzlatından Natavan Həbibi iki illik fasilədən sonra yeni layihəsini dinləyicilərinin ixtiyarına verib.

MAGAZINEWS.AZ xəbər verir ki, müğənni bu dəfə “Çətin” adlı mahnısını ekranlaşdırıb.

O, üçüncü dəfə Ukraynada yaşayan “WhoSein” ləqəbli rejissora müraciət edib.

Həbibinin klipi bir neçə gün ərzində Azərbaycan üzrə yutub trendinə düşərək altıncı pillədə qərarlaşıb.

Xatırladaq ki, sənətçi sonuncu dəfə 2019-cu ildə “Əşi, özü bilər” layihəsini təqdim etmişdi.