Nigardan qəzaya düşməsi barədə açıqlama: "Zərərçəkən təhqir və söyüşlərdən istifadə edirdi"

3-07-2021, 22:10
A+
A-

Müğənni Nigar Camal qəzaya düşməsi barədə açıqlama verib.

MAGAZINEWS.AZ xəbər verir ki, müğənni sosial şəbəkə hesabında hadisəni belə şərh edib:

"Əziz media əhli, bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Yayılan xəbərin bir qismi doğrudur: avtomobilimlə qəza keçirmişəm. Lakin hadisə yerini tərk etməyimin səbəbi qəzaya düşdüyüm insanı pis vəziyyətdə qoymaq, ona kömək etməmək olmayıb. Həmin an zərərçəkən şəxs çox aqressiv idi, təhqir və söyüşlərdən istifadə edirdi deyə, hadisə yerindən uzaqlaşdım, dedim ki, əsəbiniz soyuyanda danışarıq. Qəza baş verən yerdə hər yer kameradır. O dərəcədə ağılsız deyiləm ki, kimisə pis vəziyyətdə qoyam və kameralar çəkə-çəkə qaçam. Şükür ki, hər şey yolundadır. Yaranan problem həll edilir. Kiçik bir qəza idi, oldu-keçdi. Bunu şişirtməyin yeri yoxdur. Dəmir parçasıdır, onun da zərəri qarşılanacaq. Əsas can sağlığı olsun. Hər hansı bir xəbəri mətbuat katibimlə dəqiqləşdirmək elə də çətin iş deyil. Sevgilərlə Nigar Camal".