"Hər bir şeyi düşünmüşəm" - Xatirə İslam - FOTO - VİDEO
Ötən gün Xatirə İslamın konserti baş tutub.
Magazinews.az xəbər verir ki, ötən gün "Yaşıl teatr"- konsert kompleksində baş tutan konsertdə sənətçinin ailəsi və sənət dostları iştirak edib. Səhnədə iki geyim dəyişən sənətçi səhnəyə ilk olaraq "viranə" mahnısı ilə çıxıb.
Gecənin aparıcılığı Saleh Bağırova həvalə olunub.
Müğənni konsert etdiyi üçün ona ünvanlanan tənqidlərə də cavab verib:
"Konsertdən 1 manat belə gəlir götürməyəcəm. Bu konserti etməkdə məqsədim var. Məhərrəmliyin ağır günləri ayın 20-dən sonra başlayır. Hər bir şeyi düşünmüşəm. Mən çox ağıllı qadınam"- deyə cavab verib.
Qeyd edək ki, Xatirə İslam konsertini şəhid Müşfiq Orucovun ad gününə həsr edib. O, konsert zamanı səhnəyə aprel şəhidi Müşfiq Orucovun ailəsini çıxarıb. Konsertdən yığılan məbləğə isə şəhidin adına bulaq tikdirəcək.
(Tural Hüseyn)
FOTOLAR : Rəşad Nəsirov
Şou-Biznes / Manşet
19-09 10:39
Digər Xəbərlər
İdman / Maraqlı
11-09 15:10
Şou-Biznes / Manşet
10-09 17:45