Ailəli olduqlarını etiraf etdilər - FOTO+VIDEO

3-11-2021, 12:34
A+
A-

Uzun müddət yaxın dost olan Şəhriyar Əbilov və Oksana Rəsulova evli olduqlarını etiraf ediblər.

MAGAZINEWS.AZ xəbər verir ki, Oksana öz etirafını izləyiciləri ilə bölüşüb.

Bu barədə sosial hesabından paylaçım edən aktrisa bunları yazıb:

"Bax belə… Uzun müddətli dostluq, sayqı, anlayış və ailə. Yaxşı ki varsan".

Bundan əlavə aktyorlar ötən gün qonaq olduqları, Arb telekanalında Roza Zərgərlinin təqdimatında yayımlanan "Tam vaxtıdır" proqramında 4 ildir evli olduqlarını söyləyiblər.


TURAL HÜSEYN