"Xeyriyyə xonçası” - nın təqdimatı oldu

29-03-2019, 16:08
A+
A-

Uşaqların arzularını gerçəkləşdirən “Novruz xonçası” rəngarəng görüntülərlə yadda qaldı.

Magazinews.Az-ın məlumatına görə, 27 mart tarixində İmişli rayonunda “Xeyriyyə xonçası” -adlı xeyriyyə kompaniyasının təqdimatı keçirildi.

Kompaniya haqqında bilməyənlər üçün, qeyd edə bilərik ki, mart ayının ortalarında Lalafo, ASAN Könüllülər-in layihəsi olan ASAN Məktub və Murad Arif birləşib xeyriyyə kampaniyası yaratdılar. ASAN Məktub Bakıya, Lalafo-ya arzularını yazmış, İmişli rayonunda yaşayan aztəminatlı ailələrin uşaqlarının məktubları gətirdi, Lalafo isə bununla əlaqədar “Novruz xonçası” adlanan kampaniyanı yaratdı.

Kompaniya bundan ibarət idi ki, insanlar istədiyi uşağı sevindirmək üçün https://xonca.lalafo.az/ -a girib, məktublarla tanış olub, uşağlara hədiyyələr almalı idi. Bundan sonra Lalafo-da eyni adlı “Xeyriyyə xonçası” kateqoriyasına alınmış hədiyyələri paylaşaraq, komandaya “Bu uşağın hədiyyəsini aldım” mesajını ötürdülər.

Cəmi 7 gün ərzində 62 hədiyyə toplandı.

Bəzi uşağlar kitab, məktəb ləvazimatları, ayaqqabı, oyuncaq, bəziləri isə velosiped, rəssam dəsti istəyirdilər.

Daha sonra bu kompaniyaya tanınmış ifaçı Murad Arif də qoşuldu. O, da uşaqları mahnıları ilə sevindirəcəyini söz verdi və sözünü tutdu!

Əlavə olaraq, kompaniyaya Global Shapers Baku Hub, Asan Könüllüləri, Baku.ws dəstək verdilər.

ASAN Həyat kompleksində “Xeyriyyə xonçası” adlı kompaniyada, Lalafo komandası hədiyyələrlə, şarlarla Bakıdan gəldi. Tədbiri Murad Arif açdı, uşaqlar deyib-gülüb rəqs etdilər,“oppalara” getdilər, və ən sonra hədiyyələr təqdim edildi.

Gəlin hər zaman bütün uşaqları bu cür əməllərlə sevindirək! Çünki hər uşaq ən yaxşısına layiqdir!