British Council və Böyük Britaniya Səfirliyi Bərdə şəhərində Resurs və Təlim Mərkəzimizi açır

18-01-2020, 12:04
A+
A-

Resurs və təlim mərkəzi Bərdədə 4 saylı orta məktəbdə açılacaq. Hazırda Azərbaycanda mövcud olan 17 mərkəzdən ibarət şəbəkəni daha da genişləndirəcək.

Bu il Abşeron, Zaqatala, Tərtər ve Beyləqan rayonlarında yerləşən məcburi köçkün məktəblərində bütün yüksək keyfiyyətli təlim və tədris resurslarına, texnologiyalara ve özünütəlim materiallarına sahib yeni təlim mərkəzləri açılmışdır. Proqram British Council tərəfindən Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlanır ve həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ve Böyük Britaniya Səfirliyi bu proqramın həyata keçirilməsində bizi dəstəkləyəcək.

Resurs və Təlim Mərkəzləri: Qabaqcıl Cəmiyyət Naminə Mükəmməl Bacarıqlar gənclərin özlərindən əminliyini artırması və gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır. “Resurs və Təlim Mərkəzləri" proqramı "British Council"ın 2016-2019-cu illərdə həyata keçirilmiş İngilis Dili Mərkəzləri təşəbbüsünün qazandığı uğura əsaslanacaq.

Bu il fəaliyyətə başlayacaq dördüncü Resurs və Təlim Mərkəzinin açılışı 23 Yanvar 2020-ci il tarixində Bərdədə yerləşən 4 saylı orta məktəbdə baş tutacaq. Açılış mərasimi saat 11.00-da başlayacaq. Tədbirdə Böyük Britaniyanın Bakıdakı səfiri, cənab Ceyms Şarpla, yanaşı Azərbaycan Respublikasi Təhsil Nazirliyi, British Council ve Böyük Britaniya Səfirliyindən səhmdarlar və əməkdaşlar da iştirak edəcəklər.

KİV nümayəndələrini bu tədbirdə iştirak etmək üçün saat 10.30-da qısa media-brifinqə dəvət olunur.

British Council-ın Azerbaycandakı ölkə üzrə direktoru cənab Samr Şah bildirib:

“British Council üçün “Resurs ve Təlim Mərkəzləri” kimi olduqca mühüm bir layihənin Bərdədə həyata keçirilməsi təqdirəlayiqdir. Bizim Təlim ve Resurs Mərkəzlərimiz artıq Azərbaycanın doqquz regionunu əhatə edir ve istedadlı tələbələrə ingilis dili üzrə danışıq qabiliyyətini, habelə gələcək karyeralarını inkişaf etdirməyə şərait yaradacaq.”


Daha ətraflı məlumat üçün: http://bit.ly/30r4KUf

Üç il ərzində Azərbaycanın məcburi köçkün icmalarından olan təqribən 17,200 gənc 600-dən çox təlim keçmiş müəllimin formal tədris prosesində öyrətdiyi təkmilləşmiş ingilis dili və əsas bacarıqların təlimi proqramından faydalanacaq.

Proqram ingilis dilinin yüksək səviyyədə tədrisinə, habelə gənclər arasında və onların aid olduğu icmalarda tolerantlıq, qarşılıqlılıq və dialoq anlayışlarının daha yaxşı başa düşülməsinə istiqamətlənəcək. Proqram çərçivəsində tələbələrin daha geniş dünyaya açılmasına kömək edən tənqidi düşüncə, problemlərin həlli, ünsiyyət və müzakirə bacarıqları da inkişaf etdiriləcək. İştirakçılar müxtəlif baxışlar və nöqteyi-nəzərlərlə qarşılaşmaq, vəziyyətləri tənqidi təhlil etmək və fikirlərini ifadə etmək imkanına sahib olacaq.

British Council seçilmiş icmalarda müəllimlərlə də işləyəcək, onların özündən əminliyi, bilik və bacarıqlarını inkişaf etdirməsinə yardımçı olmaq üçün Birləşmiş Krallığın təcrübə və resurslarından istifadə edəcək. Proqram onların ehtiyaclarını müəyyən edəcək, onlara inkişaf imkanları verəcək və onları sinifdə yenilikçi tədris resursları və təcrübələrindən istifadə etməyə hazırlayacaq. Müəllimlərin yeni ideyalar, tədris təcrübələri və yerli ehtiyacları müzakirə etmək məqsədilə bir araya gəlməsi üçün beş yeni "Müəllimlərin Fəalliyyət Qrupu" (Teacher Activity Group) yaradılacaq. Müəllimlər uzunmüddətli müsbət dəyişikliklərə təsir etmək və yaşadıqları icmaya töhfə vermək imkanına sahib olacaq.

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Biz bunu Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verərək – imkanlar yaratmaqla insanların həyatını dəyişərək, əlaqələr quraraq və inam yaradaraq edirik. Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstəririk. Keçən il 80 milyondan çox insana üz-üzə və ümumilikdə 791 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumudur.