"Qarabağ"la "Keşlə" Qəbələdə görüşür

18-07-2020, 13:23
A+
A-

Avrokuboklardan təmsilçimilərimizdən ikisi bu gün yoxlama matçında qarşılaşacaq.

Sport24.az xəbər verir ki, Çempionlar Liqasında çıxış edəcək "Qarabağ" Avropa Liqasında ölkəmizi təmsil edəcək "Keşlə"ylə üz-üzə gələcək.
 
Qəbələ şəhər stadionunda saat 17:30-da başlayacaq matçı Rəvan Həmzəzadə idarə edəcək. Şəkidən olan bu hakimə yaxn xətdə həmşəhərlilisi Rəşadət Cəfərov və Oğuzdan Müslüm Mövludov yardımçı olacaqlar. 
 
Xatırladaq ki, qitəmiqyaslı turnirdə ölkəmizin təmsilçilərinin dördü də Bakıdan kənarda hazırlıq keçir. Onlardan "Qarabağ"la yanaşı, "Neftçi" və "Sumqayıt" Qəbələdə məskunlaşıbsa, "Keşlə" Şamaxıda təlim-məşq toplanışındadı. 
 
 
Yoxlama matçı
18 iyul
17:30-. "Qarabağ" - "Keşlə"
Baş hakim: Rəvan Həmzəzadə
Qəbələ. Şəhər stadionu