“Park Cinema”da möhtəşəm şou: zombilər parkinqdə - FOTO/VIDEO

7-12-2021, 10:16
A+
A-

Dekabrın 3-də Park Cinema Metroparkda “Resident Evil: Rakun-Siti” filminin xüsusi nümayişi keçirilib.

MAGAZINEWS.AZ xəbər verir ki, sessiya başlamazdan əvvəl tədbirin təşkilatçıları tamaşaçılara unudulmaz şou təqdim ediblər. Qonaqlar həyəcan dolu anların canlı şahidi olublar.

Təqdimat öncəsi baş tutan proqram, furşet, foto çəkilişlər və film auditoriyanın ürəyincə olub.

Resident Evil: Rakun-Siti, rejissor Yohannes Roberts tərəfindən çəkilmiş və Qreq Russo ilə əməkdaşlıqda yazılmış Alman-Amerikan döyüş və qorxu filmidir.

Bu, eyni adlı video oyun seriyasına əsaslanan zombi apokalipsisi film seriyasının yenidən çəkilişidir.

Filmdə əsas rollarda Kaya Skodelario, Robbi Amell, Evan Xoqia, Hanna Con-Kamen, Tom Hopper, Nil McDonax və Donal Loq çəkilib.

Rejissor Robertsin sözlərinə görə, bu, 1998-ci ildə qurulmuş və birinci və ikinci oyunların elementlərinə əsaslanan bir hekayədir.