“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib - VİDEO

16-10-2019, 17:35
A+
A-

Bu payız “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş etdirilən “Joker” filmi ilk görüntüləri ilə Azərbaycan tamaşaçısının və kinomanların zövqüncə olub.

Magazinews.Az xəbər verir ki, filmə olan marağı nəzərə alan “CinemaPlus” komandası yaradıcı işləri ilə tamaşaçıları təəcübləndirərək maraqlı fləşmob keçirib.

Vaxt tapmayıb filmə baxmayanların tezliklə, seanslara baş çəkməyini tövsiyyə edirik, çünki film nümayişdən çıxa bilər.

Qeyd edək ki, “Joker” 2019-cu ilin ən yaxşı filmlərindən biridir. Hansı ki, artıq Venesiya film festivalında zəfər qazanıb və “Qızıl şir” mükafatını alıb.

Bukmeykerlər güman edir ki, Xoakin Feniks 2020-ci ildə bu obrazına görə “Oskar” qazana bilər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.