“Subaylığın son gecəsi “CinemaPlus”da”

21-08-2018, 18:49
A+
A-

Premium kinoteatr  “CinemaPlus Amburan Mall”da Fransa və Belçika istehsalı olan, komediya janrında çəkilən “Subaylığın son gecəsi. Avropa” filminin təqdimatı keçirilib.

Magazinews.az  xəbər verir ki, ekran əsəri  2018-ci ildə “Cinemazadeh” studiyasında  peşəkar  azərbaycan dilinə dublyaj olunaraq hazırlanıb. Dublyajın rejissoru Rövşən Məmmədli, baş prodüsseri Cəfər Axundzadə, redaktoru Vüqar  Hüseynov, səs operatoru Vüsal  Əbdülhəsənov, post-prodakşın Rüfət Kazımzadə, icraçı prodüsseri Emil Davudzadə, səs rejissoru Azad Vəliyevdir. Filmdə obrazları Əlixan Rəcəbov, Vüsal Murtuzəliyev, Rövşən Məmmədli, Vüsal Hacıqədir, Vüsal Xaliqoğlu, Elçin Muradov, Vüqar Hüseynov, Hüsniyyə Mürvətova, Nəzakət Şahbazi, Rəksanə Vəliyeva və Zemfira Əbdülsəmədova səsləndiriblər.
Xavier  Gensin  rejissoru olduğu filmdə rolları Alix Poisson, Alice Belaïdi, Camille Zorel  kimi aktyorlar canlandırıb. Filmin ssenarisinə əsasən, işindən və iş yoldaşlarından bezmiş dostlar Budapeştə gedirlər. Onlar burada subaylar üçün unudulmaz toy qabağı əyləncə gecələrinin təşkili ilə məşğul olmaq qərarına gəlirlər.
Film 18+ tamaşaçılar üçün nəzərdə tutulub.
Tədbirin təşkilində dəstək olmuşdurlar:  “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution, Ganja Sharab, “Banketnaya” araqları və “Gala” şərabları.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!