Peter Bence Bakıda konsert verdi - VIDEO

23-11-2019, 12:58
A+
A-

Xəbər verdiyimiz kimi, dünyanın ən cəld pianoçusu olan Peter Bence paytaxt Bakıda dünya turu çərçivəsində səfərdədir.


Magazinews.Az xəbər verir ki, bu münasibətlə ötən gün musiqiçinin Bakı Konqres Mərkəzində konserti keçirilib. 

Gecəyə gələn tamaşaçılarla ünsiyyətə girən sənətçi Bakıda olmaqdan məmnun olduğunu bildirib. Onun Azərbaycan dilində kəlmələrdən istifadə etməsi izləyicilərdə xoş təəsürat yaradıb.

Sayca ikinci dəfə paytaxt tamaşaçıların qarşısına çıxan Ginnes rekordçusu olan Peter mükəmməl ifası ilə dinləyicilərin qəlbinə yol tapmağı bacarıb.

O, dünyaca məşhur xitlərini səsləndirərək, tamaşaçılara möhtəşəm şou təqdim edib.

Azərbaycanın Əməkdar artisti, tarzən Şəhriyar İmanov konsertin xüsusi qonağı qismində pianoçu ilə səhnəni bölüşüb.

Konsertin yadda qalan məqamlarından biri isə onların birlikdə “Sarı gəlin” musiqisini səsləndirməsi olub. 

Unutulmaz anlara şahid olan konsert gecəsində məşhur köhnə və yeni musiqilərini ifa edib.


Qeyd edək ki, bəhs etdiyimiz konsert "MGM Production" tərəfindən reallaşdırılıb.



Tural Hüseyn 
Magazinews.Az