"2 Mal" filminin təqdimatı baş tutdu" - FOTOLAR - VİDEO

29-09-2018, 18:13
A+
A-

Bir müddətdir anonsları gedən "2 Mal" filminin qala gecəsi keçirilib.

Magazinews.az  xəbər verir ki, komediya janrında olan filmin təqdimatında bir çox tanınmış  şou-biznes və sənət nümayəndələri iştirak edib.  Gecənin qonaqları sırasında müğənnilər  Yaşar Yusub, Sevil-Sevinc, Vüqar Muradov, Çinarə Məlikzadə, Üzeyir Mehdizadə, Emil Bədəlov, Vasif Əzimov, aktrisalar  Pərvin Abıyeva, Nərgiz Əliyeva, Gülşən Hüseynli, Ülfət Bəşir, Pərvanə Qafarova, Asya Atakişiyeva, Rəhimə Qüdrətova, produsser Təranə Səmədova, rəqqasə Renka Ağamuradova, rejissorlar Elvin Abdulla, Kənan MM, musiqiçi Hüseyn Məhəmmədoğlu, modellər  İlqar Əliyev,  Sevinc - Aygün Türkmən, reper Dado və başqaları olub.

Komediya janrında olan filmdə əsas rolları, vinerlər Mənsur Şərifov və Rəsul Abbasov  canlandırıb.
Filmin mövzusuna gəlincə isə  "iş axtarışında olan iki gənc adımız-sanımız var deyə-deyə, özlərinə uyğun bir iş tapa bilmədikləri və  kredit borclarının çoxluğu səbəbilə dayə olmaq qərarını verirlər. Qəhrəmanlar imkanlı şəxsin evinə üz tuturlar. Bu da onlara baha başa gəlir. Ev sahibinin oğlunu qaçırdırlar. Bütün bunlar onları gözləmədiyi vəziyyətə salır. Sonda isə bu iki gəncin uşaqlıqları onların köməyinə çatır."

Qeyd edək ki, filmin rejissoru Rafael Bağıroğludur. 

Tural Hüseyn

Fotolar: Zaur Hacıyev/Ramin Qurbanov/Rəşad Nəsirov


[media=https://youtu.be/sVZ8MOR9XLQ]