"Qız qaçırtma 2" filminin təqdimatında yaşananlar" - FOTO/VIDEO

21-12-2018, 15:20
A+
A-

Ötən gün “Xəzər Media Mərkəzi”-də “Qız qaçırtma 2” filminin qala gecəsi baş tutub.

Magazinews.Az xəbər verir ki, rejissorunun Rüfət Şahbazovun olduğu filmdə əsas rolları Sevil-Sevinc Səfərovalar, Fərda Amin, Elşən Hacıbabayev, Əlibəy Məmmədli canlandırıb.

Təqdimat gecəsinə filimin yaradıcı heyəti, Xəzər televiziyasının və sənət dünyasının parlaq simaları qatılıb.     Bundan başqa gecənin qonaqları üçün furşet təqdim olunub.
Daha sonra ekran işinin əsas qəhrəmanları media nümayəndələri ilə təəsüratlarını bölüşüblər. 

Qeyd edək ki, ssenari müəllifi Fariz Əliyevin olduğu komediya janrındakı film artıq kinoteatrlarda nümayişə çıxıb.

Magazinews.Az təqdimat gecəsindən olan video süjeti təqdim edir:


Tural Hüseyn

Foto/Video: Zaur Hacıyev