Röyanın səhnə şousu və Aygünə atdığı söz

15-02-2019, 14:57
A+
A-

14 fevral sevgililər günü münasibətilə paytaxtın dəvdəbəli klublarının birində Əməkdar artistlər Röya Ayxan və Miri Yusifin “İlk dəfə” adlı konserti baş tutub.

Magazinews.Az xəbər verir ki, konsert iki hissədən ibarət olub. Konsert proqramının özəl gündə keçirilməsi marağı daha da artırıb. Müğənnilərin göstərdikləri performanslar isə gecəyə damğa vurub.

İlk olaraq, Röya Ayxan səhnəyə çıxıb. O, sevilərin hitlərini bir-birinin ardınca sıralayıb. Daha sonra Miri Yusif də səhnəyə çıxaraq ona qoşulub. Onlar birlikdə səsləndirdikləri duetləri konsert izləyicilərinin coşqusunu daha da artırıb.Röya konsert boyu tamaşaçıları ilə səmimi ünsiyyət qurub, onlarla zarafatlar edib. Sənətçinin sinə dekolteli geyimi diqqət çəkib.

Bundan başqa, Əməkdar artistin söylədikləri ilə Xalq artisti Aygün Kazımovaya vurğu vurub:
“Burada çıxışım əslində “Cristall Hall”-un hazırlığıdır. Mən orada çıxışım "Röyavision" olacaq. Daha məni səhnədə divanın üstünə çıxmayacam, yaxud rəqassların məni göydə atıb-tutduğunu görməyəcəksiniz. Elə yuxarıdan ağzı üstə düşəcəm yerə(gülür)”

Qeyd edək ki, Kazımova "Crystal hall" konsertində divan üstündə uzanıb, rəqqaslarla səhnədə şou göstərib və kəndirlə yuxarıya qalxaraq, mahnı səsləndirib.

Daha sonra Miri Yusif çıxışına solo şəklində davam edib. Səhnəni ona təhvil verən Röya Ayxan tamaşaçılarla sağollaşıb.

Qeyd edək ki, səhnədə çıxışı zamanı Miri Yusif növbəti 3 günlük yay konsertinin anonsunu verməklə sevənlərini müjdələyib. “Boom Group”un təşkilatçılığı ilə keçirilən konsertə 3 min tamaşaçı gəlib.


Tural Hüseyn
Foto:Sübhan İsmayılov