“Belə ayrı-seçkilik etmək olmaz” - Ayaz Qasımov

27-05-2019, 13:09
A+
A-

Müğənni Ayaz Qasımov həmkarlarına qarşı çıxıb.

Belə ki, Atv telekanalında yayımlanan “Atv Maqazin Onlarla” verilişinə açıqlama verən sənətçi həmkarlarının “oğluma müğənni qız almaram” fikri ilə qəti şəkildə razılaşmadığını bildirib.

O, müsahibəsində bunları deyib:

“Belə ayrı seçkilik etmək olmaz. Səhnədə olanlar kimdən əskikdir, əqidəcə zəifdir? Yox. Əsla! Hərkəsi Allah yaradıb. Əqidəli insan axtarırsansa, onun sahəsinə baxmağın önəmli deyil. Əqidəli insan hər yedə əqidəlidir. İnsan tərbiyəlidirsə, onun işlədiyi sahə ailə qurmağa mane ola bilməz. Bu fikrləri söyləyənlərə çox pis baxıram. Düşüncəni bir şəxsi araşdırıb, onun barəsində deyə bilərsən. Ümumilikdə hamıya şamil etmək çox yalnışdır”. 

Qasımov oğlunun gələcəkdə musiqini sahəsini seçsə, əngəl olacağını gizlətməyib:

“Övladım musiqini seçsə, imkan verməyəcəm. 16 ildir səhnədəyəm. Çox məsuliyyətli və gərgin sahədir”. 


Tural Hüseyn