Tünzalənin “laçın vaxtları” qalmaqala səbəb oldu

3-09-2019, 13:40
A+
A-

Əməkdar artist Tünzalə Ağayevanın instaqramdakı paylaşımı müzakirəsiz ötüşməyib.

O, həmkarı İradə İbrahimova ilə gənclik fotosunu yayaraq “laçın vaxtlarımız” şərhini yazıb. 

Sosial şəbəkə istifadəçiləri Əməkdar artistin bu rəyini yanlış anlayaraq onu tənqid ediblər. Əksər izləyicilər müğənnini əvvəlcə “laçın” sözünü kiçik hərflə yazdığına görə qınayıblar (Laçın şəhəri ilə səhv salaraq) . Daha sonra isə onun laçınlıları ələ saldığını iddia ediblər. 

Yazdığı şərhin qalmaqala səbəb olduğunu bilən müğənni hesabının hekayə bölməsində “laçın” sözünün etimologiyasını açıqlayıb və “öyrənməkdə eyib yoxdur, həmişə fayda var”- deyə qeyd edib.

///Qafqazinfo