Nailə İslamzadə illər sonra yenidən efirdə

4-09-2019, 13:03
A+
A-

Tanınmış aparıcı, əməkdar artist  Nailə İslamzadə yenidən efirə qayıdıb.

Bu barədə aparıcı Alidə Mustafayeva sosial şəbəkədə yazıb. Nailə İslamzadə yeni mövsümdən İctimai Televiziyanın (İTV) efirində olacaq.

“Onu bu gün qrim otağımızda gördüm. Qrim ustamızdan soruşdum ki, bizə təzə qız gəlib? Birdən mənə çatdı ki, bu odur. Gözəl və hətta çox gözəl Nailə İslamzadə. Xoş gəlmisiniz! Sizinlə eyni kanalda çalışacağımıza çox sevindim” deyə, Mustafayeva qeyd edib.

///Axşam.az