DƏHŞƏT: Məşhur müğənni qızı ilə birgə QƏZADA ÖLDÜ – FOTO

8-09-2019, 11:55
A+
A-

Amerikalı məşhur müğənni Keyli Rey Harris avtomobil qəzası zamanı dünyasını dəyişib.

Magazinews.Az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə onun meneceri məlumat verib. Məlumata görə, sənətçi avtomobili ilə konsertə gedərkən 3 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəzaya düşüb.

Hadisə zamanı sənətçinin 16 yaşlı qızı da avtomobildə olub və o da hadisə zamanı dünyasını dəyişib. 30 yaşlı müğənni yola çıxarkən sosial media hesabı vasitəsiylə video paylaşım edib və konsertə getdiyi barədə açıqlama verib. Qəzanın səbəbləri məlum deyil.