İkinci dəfə səsvermədən qalib ayrıldı

14-10-2019, 10:17
A+
A-

Maşın realiti-şousunun daha bir yayımı baş tutub.

Magazinews.Az xəbər verir ki, iştrakçılar səsverməyə yenidən aparıcı Lalə Mustafayevanı çıxarıb. Tribunaya çıxaraq tamaşaçılardan səs istəyən aparıcı iştirakçıların seçimindən şoka düşdüyünü gizlətməyib.

Qalib gələcəyi təqdirdə, heç kimi çıxartmayacağını deyən Lalə, irəriləyən dəqiqələrdə fikrini dəyişib.

Sonda 51,24% səs yığan aparıcı şouda qalmağı bacarıb. Final üçlüyünü təyin etmə fikrindən daşınan Mustafayeva "maşın"dan heç kəsi kənarlaşdırmayıb.

Qeyd edək ki, gün ərzində müğənni Niyam Səlami aparıcı Suna Kasımoğlu ilə yaranmış mübahisə əsnasında "maşın"dan əlini çəkərək gedib.

Xatırladaq ki, maşın uğrunda mübarizəni müğənni Ramal İsrafilov, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Kasımoğlu davam etdirir.